XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 10:21

Kasparov cəhənnəmə bilet almır

“Yetişməkdə olan narazılıq kütləvi təcavüzə çevrilə bilər”

Картинки по запросу kasparov

Hazırda ABŞ-da könüllü sürgündə yaşayan şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Nemtsovun qətlindən sonra Rusiya müxalifətinin gələcəyini qaranlıq görür.

Strateq.az Reuters-ə isnadən xəbər verir ki, Kasparov Rusiyanın Putinin qeyri-insani diktaturasından qurtulacağına heç bir şans görmür: “Yetişməkdə olan narazılıq kütləvi təcavüzə çevrilə bilər”.

Kasparov qətlin arxasında Rusiya hakimiyyətinin durduğundan şübhələnən Nemtsovun tərəfdarlarıyla həmfikirdir: “Bu, müxalifətdə olan hər kəsə siqnaldır ki, vəziyyət kökündən dəyişilib”.

Kasparov deyib ki, Amerikada özünü güvənlikdə hiss edir və hətta Nemtsovun dəfninə də yollanmayacaq: “Mən cəhənnəmə bilet almıram”.