XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

12 Mart 2018 - 09:59

Netanyahu Trampla görüşdü:“İran, İran və İran…”

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Fransa, Almaniya və Böyük Britaniyanın "əhəmiyyətli dəyişikliklər" etməyəcəkləri təqdirdə ölkəsinin İranla nüvə sazişindən çıxacağı ilə hədələyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Axios" nəşrinə İsrail hökumətindəki mənbə bildirib.

Qeyd edək ki, Tramp-Netanyahu  martın 5-də Ağ Evdə baş tutub. "Görüşün əsas mövzusu İran, İran və İran olub", – deyə Netanyahu danışıqlardan sonra jurnalistlərə bildirib.