XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

12 Mart 2018 - 16:21

İranda terror aktının qarşısı alınıb –Bir terrorçu özünü partladıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənubundakı Saravan şəhərində terror aktının qarşısını alıb.

Trend-in məlumatına görə, partlayış İİKK bazasının yaxınlığında törədilməli imiş. Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində iki terrorçunun zərərsizləşdirildiyi məlumat verilib. Daha bir terrorçu isə özünü partladıb.

Hadisə nəticəsində İİKK-nin iki əməkdaşı yaralanıb.