XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

12 Mart 2018 - 22:15

Tereza Mey Rusiyanı sabiq polkovniki zəhərləməkdə ittiham etdi –QALMAQAL

 

Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi Moskvanı Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda ittiham edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə T.Mey Böyük Britaniya parlamentinin İcmalar palatasında çıxışı zamanı deyib. “Artıq aydındır ki, cənab Skripal və onun qızı Rusiyada istehsal edilən sinir iflicedici maddə ilə zəhərləniblər”, deyə baş nazir bildirib.

O həmçinin insidenti Rusiyanın Böyük Britaniyaya qarşı məsuliyyətsiz hərəkəti adlandırıb.  T.Mey bəyan edib ki, iki gün ərzində Rusiya tərəfindən S.Skripalın işi üzrə izahat gözləyir.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 Qeyd edək ki, 2010-cu ildə  Rusiya prezidenti olan Dmitriy Medvedev tərəfindən əfv edilən Sergey Skripala Böyük Britaniyada sığınacaq verilib.