XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Mart 2018 - 23:36

Türkiyə Almaniyaya etiraz notası göndərib –Yandırılan məscidə görə


Türkiyə hökuməti Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib. “Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq”, deyə B.Bozdağ qeyd edib. O həmçinin cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Qeyd edək ki, insident martın 11-də Berlinin Raynikkendorf rayonunda qeydə alınıb.