Əfqanıstanın “Pajhwok” informasiya agentliyinin yaydığı məlumata görə, ölkənin cənubundakı Hilmənd əyalətinin Nad-e-Ali rayonunda avtomobilin partlaması nəticəsində azı 6 polis əməkdaşı ölüb.
Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanın yerli 1tv.af telekanalının məmura istinadla yaydığı məlumatda partlayışın intiharçı-terrorçu tərəfindən törədildiyi bildirilir. Hadisənin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.