XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2018 - 14:22

Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir- Moskvada

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlut Çavuşoğlunun görüşü başlayıb.

Bu barədə "Report"un Rusiya bürosu xəbər verir.

"Görüş proqramı zəngin olacaq. Biz iqtisadi əməkdaşlıq məsələlərini, eləcə də Suriyadakı vəziyyət müzakirə edəcəyik", – S.Lavrov bildirib.

Öz növbəsində, M.Çavuşoğlu deyib ki, iki ölkənin prezidentləri əməkdaşlığın prioritetlərini müəyyən edib.

"Bu görüşdə münasibətlərimizin bütün aspektləri müzakirə olunacaq. Həmçinin görüşümüz aprelin 3-də Ankarada keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq xarakteri daşıyır", – Türkiyə XİN başçısı vurğulayıb.

Türkiyənin xarici işlər naziri diqqətə çatdırıb ki, hazırkı görüş Rusiya-Türkiyə-İran formatında üçtərəfli sammit ərəfəsində əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, əməkdaşlığın bu formatı yalnız Suriya ilə məhdudlaşmır.