XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Mart 2018 - 15:45

Ərdoğan və Putinin görüşü olacaq- Vaxt açıqlandı

Türkiyə və Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası aprelin 3-ü Ankarada keçiriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

Əməkdaşlıq Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regional məsələlərin həllində əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olacaq.