XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Mart 2018 - 12:17

Müttəfiqləri Britaniyanı dəstəkləyir, amma Rusiyanın adını çəkmirlər –"ZƏHƏR QALMAQALI"

Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxardığını elan edəndən sonra müttəfiqləri ona dəstək bildirib.  Amma konkret addım atan yoxdur.

Britaniya diplomatları rusiyalı keçmiş casusun Rusiyada hazırlanmış sinir qazıyla zəhərlənməsiylə əlaqədar ölkədən çıxarır. Ağ ev martın 14-də yaydığı açıqlamada bildirib ki, Birləşmiş Ştatlar ən yaxın müttəfiqini dəstəkləyir. Ağ ev diplomatların qovulmasını Rusiyanın “son hərəkətinə ədalətli reaksiya” adlandırıb.

Ancaq Ağ ev onu da bildirib ki, belə bir hücumun bir daha təkrarlanmamasının təmin edilməsindən ötrü müttəfiqlərlər “birlikdə işləyir”. Di gəl, Sergei Skripal və qızının zəhərlənməsi insidentilə bağlı konkret addım ortaya qoyulmayıb.

FRANSA RUSİYANIN ADINI ÇƏKMƏYİB

Fransanın da reaksiyası oxşar olub, Britaniyaya dəstək ifadə edib, insidentdən narahatlığını dilə gətirib. Amma xarici işlər naziri Jan-İves Le Drianın martın 14-də axşam verdiyi bəyanatda Rusiyanın adı çəkilmir.

Martın 14-də BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısında Rusiya Britaniya və müttəfiqləriylə qarşılıqlı ittihamlar səsləndirib. Britaniyanın BMT-dəki səfiri deyib ki, toplantı Rusiyadan zəhərləmə insidentinə görə hesab sormaqdan ötrü keçirilib.

Britaniyanın baş naziri Tereza Mey Rusiyanın 23 diplomatının ölkədən qovulduğunu, Rusiyayla ikitərəfli təmasların dayandırıldığını bəyan edib. Britaniyanın BMT-dəki səfiri Conatan Allen Rusiyanı BMT-nin kimyəvi silahlar konvensiyasını pozmaqda suçlayıb, belə ki, Moskva silah səviyyəsində sinir qazı hazırladığını açıqlamayıb. Skripallar “Noviçok” qazıyla zəhərlənib.

Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya isə ittihamı rədd edib, Britaniyanı zəhərlənmə insidenti ətrafında “isterik mühit” yaratmaqda suçlayıb. Nebenzya deyib ki, Rusiya Britaniyaya “Noviçok”-dan istifadəylə bağlı dəlil ortaya qoymaqdan imtina edib.

KİMYƏVİ SİLAHLARDAN İSTİFADƏ ARTIR

Rusiyayla Çin birgə qətnamə hazırlayaraq BMT şurasına təqdim ediblər, qətnamədə insidentin beynəlxalq səviyyədə araşdırılmasına çağrılır. Ancaq Britaniya və ABŞ sənədi rədd ediblər.

Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley deyib ki, Solsberi şəhərindəki insident son zamanlar “kimyəvi silahlardan istifadənin artdığını” göstərir, Suriyada kimyəvi silahlardan istifadəylə bağlı məlumatlar da buraya daxildir.

“Bu təhlükəli və sabitsizlik yaradan fəaliyyətdə artan narahatlıq doğuran amil Rusiyadır”, – o söyləyib. Haley Rusiyanı “Noviçok”un hazırlanmasına dair bütün informasiyanı Kimyəvi Silahlardan İstifadənin Qadağanı Təşkilatına təqdim etməyə çağırıb. May martın 14-də parlamentdə deyib ki, Rusiya insidentlə bağlı izahat təqdim etməyib.

Sergey və Yuliya Skripal martın 4-də Solsberidə ticarət mərkəzinin yanında skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar hazırda xəstəxanada ağır durumdadırlar. (Azadlıq Radiosu)