ABŞ Koreya yarımadasında vəziyyətin tənzimlənməsinə dəstək göstərilməsi ilə bağlı Çin və Rusiyanın təklif etdiyi layihəni bloklayıb.
Bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb.
“ABŞ-ın BMT Təhlükəsizlik Şurasının üzvləri arasında heç bir müzakirə olmadan Rusiya və Çinin təşəbbüsünü bloklamaq qərarı Koreya yarımadasındakı münasibətlərdə yaranan istiləşmə kontekstində Vaşinqtonun əsl niyyətləri ilə əlaqədar suallar doğurur”, – Strjijovski deyib.
Qeyd edək ki, BMT TŞ-nın sözügedən iclasında həmçinin Britaniya da Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın BMT Təhlükəsizlik Şurasına təklif etdiyi layihəni bloklayıb/Axar.az.