XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

16 Mart 2018 - 10:40

Jurnalistin ölümünə görə baş nazir istefa verdi –Kütləvi etirazlar Fikonu vəzifədən getməyə vadar etdi  

Slovakiyanın baş naziri Robert Fiko istefa verib.

Buna səbəb jurnalist Jan Kalinyakın ölümündən sonra ölkədə başlayan kütləvi etiraz aksiyaları olub.

Hakim partiya təmsilçilərinin, ölkənin önəmli şəxslərinin qarışdığı saxtakarlıq və korrupsiya ilə bağlı araşdırmalar aparan 27 yaşlı Jan Kalinyak və nişanlısı Martina Kusnirova fevralın 26-da silahlı hücum nəticəsində öldürülmüşdü. Bundan sonra kütləvi aksiyalar başlayıb. (Qaynarinfo)