XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Mart 2018 - 22:22

“Rusiya “qara siyahı”ya yeni adlar əlavə edəcək”-Moskva ABŞ-ı hədələdi

Rusiya rəsmiləri ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham olunan ruslara qarşı sanksiyalara cavab olaraq tərtib etdikləri qara siyahıya yeni adlar əlavə edəcəklər.

RİA Xəbər Agentliyi Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkova istinadən bu xəbəri yayıb. Ryabkov yeni qrup amerikalılara snaksiyalar tətbiq ediləcəyini açıqlayıb. Ryabkov ABŞ hökumətini qlobal sabitliyi pozmaqda ittiham edərək eyni zamanda bildirib ki, Moskva vaşinqtonla dialoqu saxlamağa can atır.

Rusiya rəsmisi Amerikanı siyasi inadkarlıq göstərməkdə ittiham edib. Cümə axşamı Tramp administrasiyası 19 rusa və beş rus şirkətinə qarşı sanksiyalar paketi açıqlayıb. ABŞ həmçinin beynəlxalq qüdrətlərə qoşularaq Rusiyanı əsəb qazı ilə Britaniyada hücum təşkil etdiyinə görə pisləyib.

Rəsmi Vaşinqton Britaniya, Fransa və Almaniya hökumətlərinin hücumun arxasında rusların dayandığına dair yekun qənaətini paylaşdığını bəyan edib. Birgə bəyhanatda “hücumun alternativ izahatı” olmadığı vurğulanır və Rusiya hökumətinin Britaniyanın tələb etdiyi izahata adekvat cavab verməməsi qeyd olunur.

Moskva Britaniyanın Sovet dövründən qalmış kimyəvi sinir maddəsinin sabiq rusiyalı casus Sergey Skripalı və onun qızı Yuliyanı İngiltərənin Salisburi şəhərində zəhərləməsinə dair izahat tələbinə məhəl qoymadıqdan sonra Böyük Britaniya 23 Rusiya diplomatını ölkədən çıxaracağını deyib.

Baş nazir bunu İcmalar Palatasında açıqlayıb. O deyib ki, hökümət Britaniyanı pisniyyətli ölkədən qoruyacaq qanun layihəsi və yeni çasusluq-əleyhinə tədbirlər hazırlayacaq. Rusiya zəhərlənmədə əlinin olduğunu inkar edib və ölkənin xarici işlər nazirliyi Meyin sözlərinin “iki ölkə arasındaki normal dialoqun təməlinə xələl gətirən görünməmiş, biabırçı provokasiya” olduğunu bildirib.

​Mey deyib ki, Moskva bu məsələyə "sarkazm, hörmətsizlik və laqeyidsizliklə yanaşıb.” Leyboristlər partiyasının lideri Ceremi Korbin baş nazirin yanaşmasında çoxtərəfliliyin olmamasını sual etsə də, Leyborist qanunvercilər də daxil olmaqla bir çoxları baş naziri dəstəkləyib. (Amerikanın Səsi)