Rəsmi Londona qarşı cavab qərarlarının hamısı artıq qəbul olunub.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. “Yaxın saatlarda olmasa da, yaxın müddət ərzində bu barədə Britaniya tərəfi məlumatlandırılacaq”, deyə M.Zaxarova qeyd edib.