İordan çayının qərb sahilində fələstinli idarə etdiyi avtomobili kütləyə çırpıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, insident Mevo-Dotan yaşayış məntəqəsində qeydə alınıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 2 İsrail hərbçisi ölüb, daha 2-si yaralanıb. Avtomobili insanların üzərinə sürən fələstinli yüngül xəsarət alıb. Onun saxlanıldığı bildirilir.