XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

17 Mart 2018 - 10:24

Türkiyə ordusunun Baş Qərargahı təkzib etdi- Afrində xəstəxanaya aviazərbələr endirilməsi xəbərini

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Suriyanın şimalındaki Afrin bölgəsində xəstəxanaya aviazərbələrin endirilməsinə dair xəbərləri təkzib edib.

Trend-in məlumatına görə, bu barədə Baş Qərargahın yaydığı bəyanatda deyilir.

Açıqlamada, “Zeytun Budağı” əməliyyatının mülki şəxslərə zərər verilmiyəcək şəkildə həyata keçirildiyi vurğulanıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.