XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

17 Mart 2018 - 10:31

ABŞ-ın ədliyyə naziri FTB rəhbərinin müavininiişdən azad edib

ABŞ-ın ədliyyə naziri, baş prokuror Ce Seşns Federal Təhqiqat Bürosu (FTB) direktorunun müavini Endryu Makkeybini vəzifəsindən azad etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, Endryu Makkeyba 2016-cı ilin prezident seçkilərinə aid təhqiqatda fəal iştirak edib.

"Baş müfəttişin məruzəsinə, FTB-nin Peşəkar Məsuliyyət Bölməsinin nəticəsinə və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxslərinin tövsiyələrinə əsaslanaraq, mən bu andan Endryu Makkeybinin səlahiyyətlərinə xitam vermək haqqında qərar qəbul etdim", – deyə Seşnsin cümə günü yayılmış bəyanatında bildirilir.