XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

17 Mart 2018 - 14:12

Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğununfəaliyyəti dayandırılıb

Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Britaniya tərəfinə Konsulluğun fəaliyyətini başa çatdırmağa hazırlıq görmək üçün vaxt veriləcək.

 Rusiya Xarici İşlər Nazirliyi 23 britaniyalı diplomatın "persona non grata" elan edib. Ölkəni tərk etmək üçün onlara bir həftə möhlət verilib.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey 23 Rusiya diplomatının ölkədən çıxarılması barədə göstəriş verib.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, Britaniya vətəndaşı Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təqribən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var.

Britaniya hakimiyyəti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.