Böyük Britaniyanın paytaxtı Londona qar yağması bu gün şəhərin Hotrou Hava Limanından həyata keçirilməli olan 100-dən çox aviareysin təxirə salınması ilə nəticələnib.
Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
Londonda havanın hərarətinin -5 dərəcə olduğu, təhlükəsizlik baxımdan ABŞ-ın, eləcə də Avropanın bir sıra şəhərlərin uçuşların yerinə yetirilmədiyi bildirilir. Bununla belə, Londondan Bakıya və əks istiqamətdə aviareyslərdə problem yoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "British Airways" şirkəti sözügedən istiqamət üzrə uçuşları normal yerinə yetirir.