XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

17 Mart 2018 - 15:49

Filippində təyyarə qəzası:ölənlər var

Şənbə günü səhər saatlarında Filippində yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub.

Azərtac xəbər verir ki, CNN Philippines telekanalının yaydığı məlumata görə, təyyarə Bulakan vilayətində yaşayış binasının üstünə düşüb. Ölənlər arasında pilot və təyyarənin 6 sərnişini ilə yanaşı, binanın sakinləri də var.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Qəzanın səbəbləri araşdırılır.