XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Mart 2018 - 19:45

Türkiyədən Yunanıstana gedən qayıq çevrilib- 16 nəfər ölüb

Yunanıstanın Egey dənizi sahillərində qayığın çevrilməsi nəticəsində azı 16 miqrant ölüb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Türkiyədən Yunanıstana gedən qayıqda ümumilikdə 20-yə yaxın şəxs olub. Ölənlərin meyitləri Yunanıstanın Aqatonisi adası sahillərində aşkar edilib.

Bildirilir ki, ölənlər arasında 6 uşaq və bir neçə qadın var. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.