XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 Mart 2018 - 12:58

Saakaşvilinin tərəfdarları həbs edildi –Kiyevdə polis əməliyyatı

Ukrayna polisi Kiyevdə Mixail Saakaşvilinin Yeni Qüvvələr Hərəkatı Partiyasından olan fəalları həbs edib.

Bu barədə informasiya partiyanın Feysbuk səhifəsində yerləşdirilib.

Onların Azadlıq Meydanında səhnə quraşdırmaq istədikləri zaman saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, bu gün Yeni Qüvvələr Hərəkatı mitinq keçirməyi planlaşdırırdı. Mitinq bütün Ukrayna ərazisində baş tutmalı idi. Mitinqdə əsas tələb prezident Pyotr Poroşenkonun istefası olacaqdı/Axar.az.