XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2018 - 21:58

Saakaşvilinin tərəfdarları prezidentin evinin qabağına toplanıb –Poroşenkoya istefa tələbi + VİDEO

Gürcüstanın keçmiş dövlət başçısı, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə Ukrayna prezidenti Petr Poroşenkonun iqamətgahının yaxınlığında etiraz aksiyası keçiriblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 150-200 nəfər etirazçı dövlət başçısının evinin yaxınlığında bir araya gəlib.

Onlar bir sıra şüarlar səsləndiriblər. Aksiyaçılar xüsusən prezident Poroşenkonun istefasını tələb ediblər. 

Aksiyanı Ukraynanın milli polisi və Milli Qvardiyası müşahidə edib.