XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Mart 2018 - 10:27

Mərakeşdə etiraz aksiyaları:yaralananlar var

Mərakeşin Cerada regionunda etiraz aksiyalarında polislə toqquşmalarda yaralananlar var.

Azərtac xəbər verir ki, Mərakeşin şərqində yerləşən Cerada vilayətində həftə ərzində etiraz aksiyaları davam edib. Aksiya iştirakçıları regionda hökm sürən sosial ədalətsizliyə etirazlarını bildirirlər. Dörd şaxtaçının uçqun nəticəsində həlak olması isə vəziyyəti daha da gərginləşdirib.

Polisin müdaxiləsindən sonra 9 aksiya iştirakçısı saxlanılıb. 4 polis əməkdaşı isə yaralanıb.