XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Mart 2018 - 17:06

ATƏT Rusiyadakı seçkilərlə bağlı  bəyanat yaydı:“Fundamental azadlıqlara məhdudiyyətlər  tətbiq olunub”

"Rusiyada prezident seçkiləri yaxşı təşkil olunub".

APA-nın məlumatına görə, bu barədə Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT Parlament Assambleyası müşahidəçilərinin yaydığı birgə bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, seçkilər fundamental azadlıqlara tətbiq olunan məhdudiyyətlərlə xarakterizə edilib: “Seçkilərlə bağlı hüquqi və texniki aspektlər yaxşı təşkil olunub. Mərkəzi Seçki Komissiyası mütəmadi olaraq ictimai sessiyalar təşkil edib. Ümumilikdə aşağı seçki komissiyaları seçkiləri effektli təşkil edib, lakin onların tərkibinin partiya mənsubiyyəti və müstəqilliyi ilə bağlı məsələlər sual doğurur. MSK-nın işində bir sıra müsbət məqamlar və dəyişikliklər alqışlanır. Lakin Rusiyada demokratiyanın real vəziyyətində inkişafa nail olmaq üçün seçkilərarası müddətdə də insan haqlarına tam hörmətlə yanaşılmalıdır”.