XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

20 Mart 2018 - 13:52

Tramp Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşəcək –Nələr müzakirə olunacaq?

ABŞ Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Yaxın Şərqdəki konfliktləri müzakirə edəcək.

Görüş zamanı əsas müzakirə mövzusunun Suriya və Yəmən məsələləri olacağı vurğulanıb. Tərəflərin Suriyada Rusiyanın fəaliyyəti və Yəməndə İran raketlərinin yayılmasının qarşısının alınmasına xüsusi diqqət yetirəcəkləri bildirilib.

Ağ Ev görüşlə əlaqədar yaydığı bəyanatda Moskvanın Vaşinqton və Ər-Riyadla münasibətləri sarsıtdığını açıqlayıb:

"Rusiya BMT Təhlükəsizlik Şurasında İran rejiminin ballistik raket proqramına görə məsuliyyət cəlb edilməsinə mane olub. Buna mane olmaqla bərabər, Moskva həm də Səudiyyə Ərəbistanına onun hava hücumundan müdafiə sistemini təkmilləşdirməyi təklif edib".

Bəyanatda həmçinin bin Salmanın ABŞ-a səfəri zamanı 35 milyard dollarlıq müqavilə imzalanacağı bildirilib. Bunun ABŞ-da 120 min iş yerinin açılmasına yardım edəcəyi qeyd edilib.