Polşa Prezidenti Andjey Duda Rusiya Prezidenti Vladimir Putini seçkidə qələbə qazanması münasibəti ilə təbrik etməkdən imtina edib.
Bu barədə Polşanın RMF radiosu məlumat yayıb.
Radio rəsmi Varşavanın Putini yalnız Prezident Administrasiyasının rəhbəri Kşiştof Şerski səviyyəsində təbrik edəcəyini bildirib.
Xatırladaq ki, Duda Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını ziyarət etməkdən imtina etmişdi. O bu adımı, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın Britaniyada zəhərlənməsinə cavab olaraq atmışdı.