XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Mart 2018 - 16:45

“Mən həmişə bilirdim ki, Putin çox ağıllı adamdır” –Tramp

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp  Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına  cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarını alqışlayıb.

Bu barədə D.Tramp özünün “Tvitter” hesabında yazıb.

“Putin çox gözəl hərəkət edib. Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır”, Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Ağ Ev və ABŞ Dövlət Departamenti  Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib/APA.