ABŞ Dövlət Departamentinin Vaşinqton – Ankara arasında Menbiç məsələsində razılaşmanın olmadığı ilə bağlı açıqlamasına Türkiyənin cavabı gecikməyib.
Bununla bağlı Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın danışıb.
O, ABŞ Dövlət Departamentinin bu açıqlamasının həqiqəti əks etdirmədiyini bildirib:
“ABŞ-la Menbiç məsələsində razılaşdıq. YPG/PYD terrorçularının Menbiçi tərk etməsini gözləyirik. Əgər razılaşmaya əməl olunsa, Menbiçdə ABŞ ilə qarşı-qarşıya gəlməyəcəyik”.
Teleqraf.com