Rusiya Federasiyası Kommunist Partiyasının paralel hesablamalarına əsasən, Vladimir Putin istisnasız olaraq ölkənin bütün regionlarında seçkilərin vahid lideri olub.
Bu sözləri RF Kommunist Partiyasının lideri Gennadi Züqanov deyib: “Biz paralel hesablama aparmışıq. Rəsmi şəkildə elan edirəm, Putin istisnasız olaraq RF-nın bütün subyektlərində seçkilərdə qələbə qazanıb”, – Züqanov bildirib. Qeyd edək ki, Vladimir Putin martın 18-də keçirilən seçkilərdə 76.68 faiz səs toplamaqla növbəti müddətə Rusiya Federasiyasının prezidenti seçilib. (Axar.az)