XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

22 Mart 2018 - 20:29

Mövlud Çavuşoğlu:"Türkiyə suriyalı qaçqınları ölkədən getməyə məcbur etməyəcək"

"Türkiyə suriyalı qaçqınları ölkədən getməyə məcbur etməyəcək".

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlunun sözlərinə görə, suriyalı qaçqınlar azad olunmuş Afrinə könüllü şəkildə qayıdacaq.

Türkiyənin baş diplomatı qeyd edib ki, Afrinin tam azad olunmasına baxmayaraq, şəhərin infrastrukturu terrorçular tərəfindən dağıdılıb.

Nazir deyib ki, bunu nəzərə alaraq, ölkəsi ilk növbədə Afrinin infrastrukturunun bərpasını həyata keçirəcək.

Qeyd edək ki, martın 18-dən Türkiyə Silahlı Qüvvələri Afrini PYD və YPG terrorçularından azad edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub/Trend.