XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2018 - 23:09

Rusiya təminat verdi, Əsəd rejimi “Əhrar əş-Şam”la razılaşdı –Qruplaşma Şərqi Qutadan çəkilir

“Əhrar əş-Şam” terror şəbəkəsinin üzvləri ailələri ilə birlikdə Şərqi Qutanın Harasta qəsəbəsindən çəkilmək barədə Dəməşq rejimi ilə razılıq əldə edib.

Bu razılaşma haqqında “Əhrar əş-Şam” qruplaşması məlumat yayıb.

Şərqi Qutada ən təsirli silahlı qruplaşma olan “Əhrar əş-Şam”ın sözçüsü Munzer Fariz bildirib ki, Harasta qəsəbəsində olan üzvləri silahları və qəsəbədən çıxmaq istəyən mülki insanlarla birlikdə ərazini boşaldacaq və Suriyanın şimalına doğru çəkiləcək.

Qeyd edək ki, Bəşər Əsəd rejimi və Rusiya bir aya yaxındır ki, Şərqi Qutaya zərbələr endirir. Bu razılaşma Şərqi Qutada silahlı qrupların təxliyəsinə dair ilk razılıqdır.

Munzer Fariz bildirib ki, Dəməşq rejimi ilə əldə edilən razılaşma Rusiyanın qarantiyası ilə əldə edilib. Onun sözlərinə görə, təxliyə mümkün qədər tez həyata keçiriləcək/Teleqraf.com.