"Hakimiyyətdə olduğum müddət ərzində Çexiyada rəngli inqilaba imkan verməyəcəyəm".
Bunu "Mlada fronta dnes" qəzetinə müsahibəsində Çexiya Prezidenti Miloş Zeman deyib.
“Respublikanın taleyinin küçədə həll edilməsinə imkam verməyəcəyəm” – o, bildirib.
Qeyd edək ki, bundan öncə Çexiya müxalifəti Praqada genişmiqyaslı aksiyalara başlayıb. Müxalifət Zemanı Çexiya ictimaiyyətini parçalamaqda ittiham edib/Axar.az.