XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

23 Mart 2018 - 09:45

Putinin yeni dönəm üçün prioritetləri açıqlandı:“ABŞ-la əlaqələri inkişaf etdirmək, hərbi xərcləri azaltmaq”

“Vladimir Putin yeni prezidentlik müddətində dünyanın bir çöx ölkələri, o cümlədən ABŞ və Avropa ilə münasibətləri  inkişaf etdirmək niyyətindədir”.

Strateq.az “RİA-Novosti”yə istinadən bildirir ki, bu sözləri prezidentin mətbuat katibi Dimitri Peskov bəyan edib. O qeyd edib ki, Putinin daxili siyasəti Rusiyanı dünyadan böyük miqyasda təcridinə aparıb çıxarmayacaq: “Putin harada mümkündürsə həmin yerdən əlaqələri düzəltmək istəyir” – deyə Peskov RT-yə müsahibəsində bildirib. Peskovun sözlərinə görə, Putinin xarici siyasətinin əsas məqsədi  ölkə qarşısında duran məsələlərin həlli üçün komfortun təmin olunmasıdır: “Bunun üçün prezidentə diplomatiyanın dəstəyi çox vacibdir”.

Mətbuat katibi həmçinin deyib ki, Rusiya silahlanma yarışına qoşulmaq niyyətində deyil və hərbi xərclərini azaltmağı planlaşdırır.