XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 04:56

Keçmiş müdafiə naziri bazanı necə ələ keçirdi…

Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukovun Krasnodar vilayətinin kurort bölgəsi olan Anapada dövlət mülkiyyətində olan istirahət bazasını qanunsuz olaraq özəlləşdirməsinə dair məhkəmə çəkişməsi gedir.

Virtualaz.org saytı xəbər verir ki, bu korrupsiya sövdələşməsində Azərbaycan vətəndaşı da iştirak edir.

Bu günlərdə Rusiyanın 15-ci Arbitraj Apelyasiya Məhkəməsi əmlak məsələləri üzrə federal agentliyin (“Rosimuşestvo”) Krasnodar vilayət idarəsinin Qara dəniz sahilində, Utri qəsəbəsində yerləşən “Bolşoy Utriş” istirahət bazasının Serdyukovdan alınıb dövlət mülkiyyətinə qaytarılmasına dair iddiasını təmin edib.

Doğrudur, qarşıda hələ kassasiya şikayəti qalır, lakin “Sobesednik” yazır ki, məsələ həll olunmuş hesab oluna bilər. Serdyukov istirahət etmək üçün bu mövsüm özünə başqa yer axtarmalı olacaq.

Bəs Serdyukov istirahət bazasını necə ələ keçirib?

Belə məlum olur ki, keçmiş müdafiə naziri dövlət mülkiyyətini “hərbi ehtiyaclar” adı altında mənimsəyib. 2009-cu ilin sentyabrında müdafiə naziri Serdyukov Anapa şəhərinin meri Tatyana Yevsikovaya rəsmi məktub yazaraq “Bolşoy Utriş” stirahət bazasının təcili hərbi ehtiyaclar üçün Müdafiə Nazirliyinə verilməsini xahiş edib. Serdyukov həmin ərazidə təcili olaraq radilokasiya stansiyasının quraşdırılacağını bildirib.

Anapa Şəhər Şurası nazirin bu müraciətini təmin edib, ancaq Qara dəniz sahilində heç bir radiolokasiya stansiyası peyda olmayıb.

2010-cu ildə isə Serdykov artıq Müdafiə Nazirliyinin balansında olan istirahət bazasının özəlləşdirilməsinə dair əmr imzalayıb. Bazanı özəlləşdirən isə heç kimin tanımadığı Azərbaycan vətəndaşı, “Sitiİnjinirinq” ASC adlı şirkətin sahibi Samir Simanduyeviç Abramov olub.

Araşdırma zamanı üzə çıxıb ki, bu şirkətin nizamnamə kapitalı cəmi 10 min rubldur və onun on milyonlarla dollar dəyərində olan istirahət bazasını hansı vəsaitlə “özəlləşdirdiyi” qaranlıq qalıb.

Həmçinin məlum olub ki, “Sitiİnjinirinq”in qeydiyyatdan keçdiyi ünvanda Serdyukovun maraqları üçün istifadə edilən daha bir neçə şirkət qeydiyyatdadır. Serdyukov bazanı Abramovun adına özəlləşdirəndən sonra orada özünə villa inşa etdirib. Bu məqsədlə nazirliyin büdcəsindən 10 milyon dollara yaxın vəsait xərcləyib.

Serdyukov çoxsaylı korrupsiya qalmaqallarına görə vəzifədən azad ediləndən sonra onun Anapada qanunsuz özəlləşdirdiyi istirahət bazasının da dövlətin mülkiyyətinə geri qaytarılması üçün iddia qaldırılıb.

Samir Abramovun izini isə jurnalistlər ABŞ-da tapıblar. Lakin o, “Sitiİnjinirinq” şirkətinin Serdyukovun korrupsiya sxemində iştirakı məsələsinə aydınlıq gətirməkdən imtina edib.