XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2018 - 11:15

“İsrailin Suriyada nüvə reaktorunu bombalaması xəbəri yalandır” –Açıqlama

İsrailin on il əvvəl Suriyada nüvə reaktorunu bombalaması ilə bağlı yaydığı xəbər yalandır. Onlar bu yolla İranı qorxutmağa çalışırlar.

Dəməşq Strateji Araşdırma Mərkəzinin rəhbəri, suriyalı politoloq Tələb İbrahim deyib. O bildirib ki, İsrailin göstərdiyi bölgədə nüvə stansiyası yoxdur: “Suriyanın belə bir əraziyə sahib olmadığı məlumdur. Bizim nüvə proqramımız yoxdur. Nüvə stansiyasına hücum adı ilə Suriya ordusuna aid hərbi bazanı vurmuşdular. Buna görə bu məlumatı gizləyirdilər. Onlar bu yolla İrana nüvə stansiyalarını vura biləcəklərini və İsrail təyyarələrinin bölgədəki hər yerə əl uzada biləcəyini göstərirlər. Mənə elə gəlir ki, bunlar İrana verilən siqnal və xəbərdarlıqdan başqa bir şey deyil. 1982-ci ildə İsrail İraqın nüvə reaktoruna hücum adı altında Suriyaya aid binaya hücum edərkən, İran məsələni başa düşmüşdü. İndi İranın nüvə stansyaları İsrailin əlinin çata bilmədiyi yerdədir”.

Qeyd edək ki, ötən gün İsrail on il əvvəl Suriyada nüvə reaktorunu bombaladığını bəyan edib. (sputnik)