XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2018 - 14:30

AŞ PA-nın yaz sessiyasının gündəliyi açıqlandı –Rusiyanın Krımda keçirdiyi seçki  müzakirə olunacaq

Aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb.

APA-nın AŞPA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, yaz sessiyasında qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq. Liviyada vəziyyət, “Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid" və "Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması" mövzularında müzakirələr aparılacaq.

Sessiyada Makedoniya və Lüksemburq xarici işlər nazirlərinin çıxışları gözlənilir. Qedək ki, sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılacaq.