XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 04:58

“əl-Qaidə” Yəməndə beynəlxalq aeroportu ələ keçirdi

“əl-Qaidə” terror qruplaşmasının silahlıları Yəmənin Hadramaut əyalətinin əl-Mukkala şəhərində yerləşən “Riyan” beynəlxalq hava limanını və havadan müdafiə qüvvələrinin qərargahını ələ keçiriblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “əl-Mayədin” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hazırda dəniz limanı da daxil olmaqla əl-Mukkala şəhərinin şərq sahili boyunca ərazilər silahlıların nəzarətindədir.

Qeyd edək ki, terrorçular bu gün prezident sarayını və yaxınlıqdakı polis idarəsinin binasını partlatmağa cəhd edib. Bu obyektləri qoruyan hərbçilər terrorçu-kamikadzelər tərəfindən idarə olunan minalanmış avtomobilləri gülləbaran edib. Nəticədə avtomobillər obyektlərin girişləri qarşısında partlayıb.