XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2018 - 18:45

Avropa dövlətlərinin Moskvaya qarşı sensasiyalı demarşı –Səfirlər Rusiyadan geri çağrıldı

Avropa Birliyi liderləri moskvadakı elçilərini geri çağırmağa razılaşıblar. Onlar İngiltərədə keçmiş rusiyalı casusun zəhərlənməsinə görə “böyük ehtimalla” Rusiyanın məsuliyyət daşıması qənaətinə gələndən sonra digər addımlar da atıla biləcəyini deyiblər.

Liderlər Brüsseldə sammitdən sonra bildiriblər ki, Avropa Birliyi və AB-nin bir neçə üzvü əlavə cavab tədbirlərini nəzərdən keçirirlər. Britaniyanın baş naziri Theresa May keçmiş casus Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsiylə bağlı birlik göstərməyə çağırıb.

“BİRLİKDƏ REAKSİYA VERMƏKDƏ QƏTİYYƏTLİYİK”

Niderlandın baş naziri Mark Rutte deyib ki, Britaniyayla həmrəylik göstərmək üçün AB-nin Moskvadakı səfiri Markus Ederer bir aylığa geri çağırılacaq. Almaniya kansleri Angela Merkel blokun əlavə cəza tədbirlərini götür-qoy etdiyini deyib. Litvanın prezidenti Dalia Grybauskaite rusiyalı casusları ölkəsindən çıxarmağa hazır olduğunu deyib. Digər Baltik ölkələri və Polşa da addım atmağı nəzərdən keçirdiklərini söyləyib. AB Şurası yaydığı bəyanatda “son hücumu ən güclü şəkildə pisləyib” və “zəhərlənməyə görə böyük ehtimalla Rusiya Federasiyasının məsuliyyət daşımasıyla bağlı Britaniya hökumətinin dəyərləndirməsiylə razılaşır”. Təhlükəsizliyimizə bu böyük hədəyə qarşı Britaniyayla həmrəylik nümayiş etdiririk”, – liderlər bildirib.

Kreml Avropa Birliyinin Moskvadakı səfirini geri çağırmaq qərarından “təəssüfləndiyini” bildirib. Kremlin sözçüsü Dmitri Peskov martın 23-də danışıb. Təəssüf edirik ki, yenə də belə qərarlar ‘böyük ehtimalla’ ifadəsi işlənərək qəbul edilir”, – o deyib. Bununla razı deyilik və bir daha təkrarlayırıq ki, Rusiyanın Skripal işiylə heç bir əlaqəsi yoxdur”, – Peskov bildirib.

Sözçünün deməsinə görə, Rusiya “həmkarlarıyla Skripal mövzusunu müzakirə edərkən Britaniyanın hansı informasiyadan istifadə etdiyini” bilmir. Martın 23-də Britaniyanın Moskvadakı səfirliyindən avtomobil karvanı çıxıb. “Reuters” bunun görüntüsünü yayıb. Rusiya martın 17-də bu ölkənin 23 diplomatına Moskvanı tərk etmək üçün bir həftə vaxt qoyub və bu addımı Britaniyanın oxşar tədbirinə cavab olaraq atdığını bildirib. (Azadlıq Radiosu)