XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Mart 2018 - 23:16

Emmanuel Makron:"Fransada terror təhlükəsi yüksək səviyyədə qalmaqdadır"


Fansanın Od departamentinin Treb kommunasında “Super U” supermarketində törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 2-si ağır olmaqla, 16 nəfər yaralanıb.

Ölkə Prezidenti Emmanuel Makron yaralı polisin vəziyyətinin ağır olduğunu bildirib. “Fransada terror təhlükəsi yüksək səviyyədə qalmaqdadır”, – deyə Prezident vurğulayıb. Terror aktını törədən 25 yaşlı mərakeşli Röduan Lakdim radikal olduğu üçün polis nəzarətində idi. İŞİD terror qrupu Od departamentindəki hücumun məsuliyyətini öz üzərinə götürüb.