XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Mart 2018 - 12:49

ABŞ-Çin ticarət müharibəsi gözləntiləri fond birjalarındakəskin geriləməyə səbəb olub

ABŞ-la Çin arasında ticarət müharibəsi ehtimallarının artması qlobal fond birjalarında kəskin ucuzlaşmaya səbəb olub.

"Report", "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu həftə ABŞ-ın əsas fond birjası indeksi "Dow-Jones" 5,7% geriləyərək 23 533 bəndə çatıb.

"Dow-Jones"la yanaşı "S&P 500" indeksi 6%, "Nasdaq" texnologiya indeksi isə 6,5% geriləyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 22-də həyata keçirdiyi çıxışında Çin mallarına əlavə gömrük vergisi və bu ölkəyə investisiyalara məhdudiyyətlərin həcminin 60 mlrd. dollara çatdırıla biləcəyini bildirib. Çin də öz növbəsində ABŞ mallarına 3 mlrd. dollarl həcmində əlavə gömrük vergisi tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Açıqlamalar həmçinin, Çinin əsas fond birjası indeksi sayılan "Shanghai"nin 3,4% geriləməsinə gətirib çıxarıb.

"Report"un analitik qrupu qlobal kapital bazarlarında səhmlərin qiymətlərinin bir qədər də gerilədikdən sonra, şirkətlərin ilk rüb maliyyə göstəricilərinin açıqlanması fonunda sabitləşəcəyini proqnozlaşdırır.