2017-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti 17 terror aktının qarşısını alıb.
Azərtac xəbər verir ki, bu fikri Ukraynanın Prezidenti Petro Poroşenko Kiyev vilayətindəki hərbi təlim meydanında söyləyib.
“Son dörd ildə Ukrayna Təhlükəsizlik Xidməti müstəsna rol oynayıb və nəticədə dövlətin, vətəndaşların təhlükəsizliyinin təmini üçün təsirli mexanizm qura bilib”, – deyə Petro Poroşenko əlavə edib. Prezidentin sözlərinə görə, ötən il Ukrayna Təhlükəsizlik Xidməti ölkədə 8 diversiya aktının qarşısını da alıb.