XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

24 Mart 2018 - 19:18

Rusiyada keçmiş prezidentliyə namizəd vədini yerinə yetirdi- FOTO

Rusiyada ötən həftə baş tutmuş prezident seçkilərində namizədlərdən biri Pavel Qrudinin seçki ərəfəsində verdiyi vədi yerinə yetirib.

Trend-in məlumatına görə, Rusiya Kommunist Partiyasının namizədi P.Qrudinin videobloqerlə mübahisə edərək seçkilərdə 15 faizdən aşağı səs toplayacağı təqdirdə bığlarını qırxacağını demişdi.

Öz növbəsində bloqer Yuri Dud əks halda başını keçəl edəcəyini vəd etmişdi.

Rusiyada martın 18-də keçirilmiş seçkilərdə P.Qrudinin 11,77 faiz səs toplayıb. Rusiya Mərkəzi Seçki Komissiyası ötən gün nəticələri elan etdikdən sonra o, bığını qırxıb və şəklini sosial şəbəkədə yerləşdirib.

Qeyd edək ki, Rusiyada prezident seçkilərində Vladimir Putin səslərin 76,69 faizini toplayaraq təkrar bu vəzifəyə seçilib.