XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2018 - 20:08

Yaponiyadakı ABŞ hərbi bazasında yerləşdirilən F-35B qırıcıları KİV-lərə təqdim olunub- FOTO

Yaponiyadakı ABŞ hərbi bazasında yerləşdirilən F-35B qırıcıları ilk dəfə kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim olunub.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, həmin qırıcıların Yaponiyanın qərbindəki İvakuni hərbi bazasında yerləşdirilməsinə ötən ilin yanvarından başlanıb.

Cari ayda isə daha beş belə qırıcı ABŞ hərbi-dəniz qüvvələrinin Sasebo bazasındakı “WASP” amfibiya gəmisinə yerləşdirilib.

Təqdimat zamanı KİV-lərin nümayəndələrinə Okinava adası yaxınlığında F-35B qırıcılarının desant amfibiya gəmilərindən uçuşu və geriyə qayıtması nümayiş etdirilib.