XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 March 2018 - 21:06

Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru Ercüment Balakoğlu ölüb.

APA-nın Türkiyənin “Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, aktyor uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Ercüment Balakoğlu ötən ilin avqust ayından xəstəxanada həkim nəzarətində olub.

Aktyor 1934-cü ildə Zonquldağda anadan olub. Uzun illər serial və filmlərdə dublyaj edib. O, “Danimarkalı gəlin”, “Çılğın eşqlər”, “Günəşli yolçuluq”, “Dərsimiz: Atatürk” və başqa filmlərdə müxtəlif obrazlar yaradıb.