XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2018 - 10:58

Türkmənistanda parlament seçkiləri başlayıb- 125 yerə 284 namizəd iddia edir

Türkmənistanda Məclis (parlament) seçkilərində səsvermə başlayıb.

Trend-in məlumatına görə, səsvermə yerli vaxtla 07:00-da başlayıb və 19:00-da yekunlaşacaq.

Parlamentdə 125 yerə partiyalar və vətəndaş qrupları tərəfindən irəli sürülən 284 namizəd iddia edir. Ölkədə üç partiya fəaliyyət göstərir: Demokratik partiya, Aqrar partiya və Sənayeçilər və sahibkarlar partiyası.

Ölkədə 3,2 milyondan artıq seçici qeydə alınıb. Səsverməyə 2,6 min seçki məntəqəsində keçiriləcək, onlardan 39-u Türkmənistanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərir.