XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2018 - 11:47

Britaniya təyyarəsi Kanadada məcburi eniş edib- Sərnişinlər arasında dava səbəbindən

Britaniyanın "Thomas Cook Airlines" aviaşirkətinə məxsus, Mançesterdən Las-Veqasa uçan təyyarəsi Kanadanın Manitoba vilayətində, Vinnipepedə sərnişinlər arasında dava səbəbindən məcburi eniş edib.

"Report" xəbər verir ki, bu barədə TASS "CTV"-ə istinadən məlumat yayıb.

Bildirilir ki, təyyarə yerə endikdən sonra polis 5 sərnişini saxlayıb və onların əllərini qandallayaraq təyyarədən endirib. Həmin şəxslərin hamısı Böyük Britaniya vətəndaşlarıdır. Onlar yerli asayiş keşikçilərinə müqavimət göstərməyiblər.

"Airbus A330" təyyarəsində baş vermiş hadisənin təfərrüatı açıqlanmayıb. Yalnız o bildirilib ki, hadisə zamanı heç kim xəsarət almayıb.

Təyyarə artıq Las-Veqasa uçub. Onun göyərtəsində neçə sərnişinin olduğu barədə məlumat verilmir.