XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

25 Mart 2018 - 13:48

Yaponiya ABŞ və KXDR liderlərinin görüşü üçün ilkin şərtləringenişləndirilməsinə çağırır

Yaponiya ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında keçiriləcək görüş üçün Pxenyan tərəfindən əlavə ilkin şərtlər siyahısına daxil edilən tələblərin icrasına çağırır.

Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, belə bir xahişlə Yaponiyanın xarici işlər naziri Taro Kono bu yaxınlarda Vaşinqtonda olarkən çıxış edib. İlkin şərtlərə KXDR-in kəşfiyyat orqanları tərəfindən oğurlanmış yapon vətəndaşları probleminin həll edilməsi və Yaponiyanı vura biləcək orta məsafəli raketlərdən imtina edilməsi daxildir. Eyni zamanda, T.Kononun ABŞ tərəfindən bu dövlətin Pxenyandan nüvə silahını tamamilə ləğv edəcəyi və bunun yoxlanılması üçün öz atom obyektlərinə Beynəlxlaq Atom Enerjisi Agentliyinin nümayəndələrini buraxacağı barədə vəd alamasını xahiş etdiyi də bildirilir.

Kyodonun məlumatında vurğulanır ki, Yaponiyanın Baş naziri Şinzo Abenin ABŞ-a apreldə planlaşdırılan səfəri zamanı da Yaponiyanın bu mövqeyinin təkrar səslənəcəyi gözlənilir. Tokionun bu fəallığı onunla izah edilir ki, Yaponiya hökuməti ABŞ və KXDR liderlərinin görüşü zamanı Yaponiyanın maraqlarının və təhlükəsizliyinin kənarda qalacağından ehtiyat edir. Qeyd olunur ki, ABŞ administrasiyasının nümayəndələri Yaponiya tərəfinin narahatlığını başa düşdüklərini və məsələyə diqqətlə yanaşacaqlarını bildiriblər.