XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Mart 2018 - 16:05

Amida zirvəsinə qalxan alpinistlərdən üçü həlak olub- Yaponiyada

Yaponiyanın Naqano prefekturasında yerləşən Yatsyqatake dağlar silsiləsindəki səkkiz zirvədən birinə qalxan yeddi alpinistdən üçü həlak olub.

Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, Kansay regionundan olan yeddi alpinist Yatsuqatake dağlar silsiləsinə daxil olan və 2805 metr hündürlükdə yerləşən Amida zirvəsinə yollanıb. Həmin marşrutun kifayət qədər təhlükəli olduğu bildirilir.

İlkin məlumatlara görə, bir-biriləri ilə bağlı olan alpinistlərdən biri cığırdan sürüşüb və nəticədə bütün qrup çətin vəziyyətə düşüb. Alpinistlərdən dördü helikopter vasitəsilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Digər üçü isə həlak olub. Hadisənin başvermə səbəbləri araşdırılır.