XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Mart 2018 - 17:55

Pakistanda festival zamanı partlayış:24 nəfər yaralanıb

Pakistanın Dera-İsmail-Xan şəhərində festival zamanı səhnəyə qumbara atılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 24 nəfər yaralanıb.

Xəsarət alanlar arasında bir neçə uşaq və təhlükəsizlik xidmətinin iki əməkdaşının da olduğu bildirilir.

Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, cinayətkarların axtarışı aparılır.