XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

25 Mart 2018 - 20:46

Rusiyada ticarət mərkəzində yanğın:ölənlərin sayı 5 nəfərə çatıb

Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 5 nəfərə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, yanğın zamanı üç qadın, bir uşaq və bir kişi həyatını itirib, 32 nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl yanğında üç uşaq və bir qadının öldüyü barədə məlumat yayılmışdı.

Yanğının başvermə səbəbi araşdırılır.